×
A
A
A
Sazlamalar

Şəmkirdə subasmaya məruz qalmış bəzi evlərdən su kənarlaşdırılıb

Bakı, 1 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən gecə saatlarında Şəmkir rayonunun Zəyəm qəsəbəsi və Yeni Həyat kəndində subasmaya məruz qalmış bəzi fərdi ev, həyətyanı sahə və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, intensiv yağışlar nəticəsində Şəmkir rayonu ərazisində bəzi ərazilərin subasmaya məruz qalması barədə FHN-in 112 - qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb edilib.

Cəmiyyət 2023-06-01 12:14:00