×
A
A
A
Sazlamalar

Naida Məmmədxanova: Ulu Öndər Azərbaycanın tolerantlıq ənənələrini siyasi səviyyəyə qaldırıb

Bakı, 1 iyun, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev tolerantlıq ənənələrini daha da inkişaf etdirərək onu siyasi səviyyəyə qaldırıb. Azərbaycan nadir ölkələrdəndir ki, burada müxtəlif millətlərin mədəniyyəti qorunub saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetinin (BSU) Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri Naida Məmmədxanova iyunun 1-də Bakıda Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirib.
Ölkəmizin multikulturalizm ənənələrini yaşatdığını və unikal dəyərlərə malik olduğunu qeyd edən BSU-nun kafedra müdiri əsası Ümummilli Lider tərəfindən qoyulan tolerantlıq siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Naida Məmmədxanova Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin tədqiqat mövzusu olduğunu vurğulayıb.

Siyasət 2023-06-01 11:57:00