×
A
A
A
Sazlamalar

İsmayıllı şəhərinin elektrik enerjisi və qaz təchizatı təmin edilib, yollar təmizlənib YENİLƏNİB VİDEO

Göyçay, 1 iyun, Rəşad Türkoğlu, AZƏRTAC
Ötən gün İsmayıllıda güclü külək və yağışın törətdiyi fəsadlar aradan qaldırılır.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanovun AZƏRTAC-a verdiyi məlumata görə, bunun üçün gecə saatlarından işlərə dərhal start verilib. Şəhərin elektrik enerjisi, rabitə və qaz təchizatı tam təmin edilib. Küçə və prospektlərə aşan ağaclar təmizlənib.
Güclü külək və leysan xarakterli yağış nəticəsində bağlanan İsmayıllı Lahıc yolunda da hərəkət bərpa edilib. Səhər saatlarından sözügedən yolun açılması üçün əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə tökülən qaya parçaları və lil qatı təmizlənib. Hazırda yol hər iki istiqamətə açıqdır.
Külək nəticəsində rayonun Aşıqbayram kənd tam orta məktəbinin uçan dam örtüyünün yenidən bərpası üçün də işlər davam edir.
Təbii fəlakət nəticəsində rayona dəymiş ziyan fövqəladə hallar komissiyası tərəfindən hesablanır.

11:46

İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci kilometrində yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, gecə saatlarında intensiv yağıntılar nəticəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinə problemlər yaradıb.
Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb edilib.

Regionlar 2023-06-01 12:20:00

Video