×
A
A
A
Sazlamalar

TƏBİB: 2022-2023-cü illər ərzində 2 milyon 457 min 588 uşağa tibbi xidmət göstərilib

Bakı, 1 iyun, AZƏRTAC

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqların həyat və sağlamlığının mühafizəsini, sağlam inkişafını, ekoloji təhlükəsizliyini təmin edən şərait yaratmaq hər kəsin borcudur.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadla bildirir ki, uşaqların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılan müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları var.
Qeyd edilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2022-2023-cü illər ərzində 2 milyon 457 min 588 uşağa tibbi xidmət göstərilib, 60 min 736 uşaq isə cərrahi əməliyyat olunub.
Ötən ilin ilk rübündə 2 milyon 231 min 463, 2023-cü ilin ilk rübündə isə 2 milyon 330 min 385 uşaq tibbi xidmətlərdən yararlanıb.

Səhiyyə 2023-06-01 11:35:00