Evdən 5500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Bakı, 1 iyun, AZƏRTAC
Ələt qəsəbəsində evdən 5500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qanunsuz ov edən şəxslər cəzalandırılıblar
Azərbaycanın və Gürcüstanın dini məsələlər üzrə qurumları əməkdaşlıq edəcək
Edinburq sakinləri Ermənistanın mina terror barədə məlumatlandırılıb
Tovuzda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Parlamentin İnsan hüquqları komitəsinin 2023-cü il payız sessiyası üçün iş planı təsdiqlənib