×
A
A
A
Sazlamalar

Jozef Sikela: Azərbaycanın enerji hasilatları gələcəkdə öz sözünü deyəcək

Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin yeni arxitekturasında mühüm rol oynayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Çex Respublikasının sənaye və ticarət naziri Jozef Sikela Bakı Enerji Forumunda bildirib.
O qeyd edib ki, Azərbaycan enerji hasilatında uğurlu nəticələrə imza atır: “Bizim Azərbaycanla dayanıqlı əməkdaşlığımız var. Azərbaycanın enerji hasilatları gələcəkdə öz sözünü deyəcək”.
Nazir, həmçinin Rusiya-Ukrayna müharibəsi fonunda qlobal enerji arxitekturasının kifayət qədər dəyişdiyini deyib.

İqtisadiyyat 2023-06-01 10:43:00