×
A
A
A
Sazlamalar

Avropa Komissiyasının rəsmisi ilə görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinin vacibliyi vurğulanıb

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynadığı vurğulanıb, Azərbaycan qazının ixrac həcmlərinin artırılması baxımından dəhlizin genişləndirilməsinin vacib olduğu bir daha qeyd edilib.
Bu xüsusda, 2022-ci ilin iyul ayında “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının, habelə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, SOCAR ilə “Romgaz S.A.” arasında qaz tədarükünə dair müqavilənin, “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında əməkdaşlığın təşviqinə dair “Anlaşma Memorandumu”nun və perspektivdə nəzərdə tutulan digər layihələrin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğrundan digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2023-05-31 21:28:00