×
A
A
A
Sazlamalar

Mayın 31-də Azərbaycanda COVID-19 infeksiyasına 10 yoluxma faktı qeydə alınıb

Bakı, 31 may, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 10 yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 500 nəfər müalicə olunaraq sağalıb, 10 min 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 60 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1923, bu günə qədər isə ümumilikdə 7 milyon 622 min 334 test icra olunub.

Səhiyyə 2023-05-31 21:16:00