×
A
A
A
Sazlamalar

Bakıdakı Rus evində “Şpitsbergen: Arktikaya xoş gəldiniz” adlı mühazirə oxunacaq

Bakı, 31 may, AZƏRTAC

İyunun 4-də Rus Coğrafiya Cəmiyyətinin “Coğrafiya gecəsi” illik beynəlxalq aksiyası çərçivəsində Bakıdakı Rus evində “Şpitsbergen: Arktikaya xoş gəldiniz” adlı mühazirə oxunacaq. Mühazirə zamanı uyğun video və fotomateriallar da təqdim ediləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilatçıları qismində Azərbaycanın “Baku Travelers Club” və Rusiyanın Qütb Səyahətləri Klubu çıxış edirlər.
Şpitsbergen Şimal Buzlu okeanında qütb arxipelaqıdır. Onu haqlı olaraq “Miniatürdə Arktika” adlandırırlar və burada bir neçə ekosistem mövcuddur. Arxipelaqda cəmi 2600 nəfər yaşayır və Barentsburq və Piramida adlanan iki şimal rus qəsəbəsi mövcuddur. Mühazirədə bu region haqqında daha çox məlumat əldə etməklə yanaşı, “Baku Travelers Club”un fəallarının Şpitsbergenə səyahəti ilə bağlı foto və videomateriallar ilə də tanış ola bilərsiniz.

Mədəniyyət 2023-05-31 21:06:00