×
A
A
A
Sazlamalar

“Ben bu cihana sığmazam” serialında təhrif olunmuş Azərbaycan xəritəsindəki səhv aradan qaldırılıb

Bakı, 31 may, AZƏRTAC

Mayın 23-də Türkiyənin ATV televiziyasında yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsindən istifadə olunub.
AZƏRTAC xəbər verir ki, serialın Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb. Şirkət rəsmiləri, texniki səhv yaşandığını bildirərək, baş vermiş yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib. Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib.
Mayın 27-də ATV kanalında 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub.

Mədəniyyət 2023-05-31 20:17:00