×
A
A
A
Sazlamalar

AERA və AİB arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub

Bakı, 31 may, AZƏRTAC

Azərbaycanın enerji tənzimləyici qurumu olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Asiya İnkişaf Bankı (AİB) arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, AİB-nin baş enerji mütəxəssisi Adnan Tarin, eləcə də hər iki qurumun digər nümayəndələri iştirak ediblər.
Azərbaycanda enerji tənzimləmə sahəsində həyata keçirilən islahatların, qəbul edilmiş hüquqi-normativ aktların əhəmiyyətini vurğulayan Samir Axundov, AERA-nın əsas fəaliyyət istiqamətlərinə yönəlik icra olunan tədbirlər haqqında iştirakçılara geniş məlumat verib.
Görüş sözügedən məsələlərin, eyni zamanda, AİB ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarının müzakirəsi ilə başa çatıb.

 

İqtisadiyyat 2023-05-31 19:13:00