Azərbaycanla Litva səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Litva Respublikasının Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi Sığorta Fondunun baş direktoru Qintaras Katsaviçusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Teymur Musayev ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində mövcud olan uğurlu əməkdaşlığı diqqətə çatdırıb. Qeyd edib ki, əhalinin sağlamlığının qorunmasına və həmrəylik prinsipinə əsaslanan sosial layihə olan icbari tibbi sığorta 2021-ci ildən etibarən respublikamızda tam tətbiq olunur.
Teymur Musayev Səhiyyə Nazirliyinin bu prosesə dəstək olduğunu qeyd edib. İcbari tibbi sığortanın tətbiqi planı səhiyyə modullarının tədricən fayda paketinə daxil edilməsini nəzərdə tutur. Bildirilib ki, bütün islahatların əsasında səhiyyə sisteminin rəqəmsallaşdırılması dayanıb və icbari tibbi sığortanın tətbiqi bu sistemin bir hissəsidir. Bununla yanaşı, qabaqcıl tibbi texnologiyaların səhiyyə sisteminə gətirilməsi və tibbi xidmətlərə vətəndaşın əlçatanlığını, habelə bu sahədə sosialyönümlülüyünün təmin edilməsi önəmli məsələlərdir. Bu istiqamətlərdə ölkədə lazımi addımlar atılır.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Litva Respublikasının Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi Sığorta Fondunun baş direktoru ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini vurğulayıb. Qintaras Katsaviçus, həmçinin Litvanın sığorta sisteminin tətbiqi ilə bağlı əldə edilən təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib.
Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar