×
A
A
A
Sazlamalar

Əməkdar artist Fatma Mehrəliyevanın xatirəsi anılıb

Bakı, 31 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində (BMM) unudulmaz xanəndə, Əməkdar artist Fatma Mehrəliyevanın xatirə gecəsi keçirilib.
BMM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə filologiya üzrə fəlsəfə doktoru, muğam irsinin tədqiqatçısı Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığından söz açıb. O, musiqişünas-alim Ramiz Zöhrabovun xanəndə ilə bağlı xatirələrini, sənətkarın özünəməxsus ifaçılıq xüsusiyyətlərini yada salıb. Gecədə unudulmaz xanəndənin kino yaradıcılığından da danışılıb. Fatma Mehrəliyevanın Teyyub Dəmirovla birgə lentə aldığı “Kəsmə-şikəstə”nin lent yazısı və “Arşın mal alan” filmindən kadrlar nümayiş olunub.
Tədbir BMM-nin solistlərinin ifasında xanəndənin repertuarından muğam və xalq mahnılarından ibarət konsert proqramı ilə davam edib.

Mədəniyyət 2023-05-31 18:02:00