×
A
A
A
Sazlamalar

Xabarovskda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayram tədbiri təşkil olunub

Moskva, 31 may, AZƏRTAC

“Azərbaycanlılar Birliyi” Xabarovsk diyarı ictimai təşkilatı Azərbaycanın Müstəqillik Gününə və Xabarovskun şəhər gününə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xabarovsk şəhərinin İctimai Palatasının sədri və Uzaq Şərq Dövlət Bədən Tərbiyəsi Akademiyasının rektoru Sergey Qolitsın, “Azərbaycanlılar Birliyi” ictimai təşkilatının sədri Məmməd İsgəndərov, Sakit okean Dövlət Universitetinin professoru Vurğun Mehdiyev və digərləri çıxış edərək fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində “Heydər Əliyev Baykal-Amur Magistralının tikintisində” adlı fotosərgi, eləcə də Azərbaycana, milli geyimlərə, musiqi alətlərinə həsr olunmuş kitabların sərgisi keçirilib, ziyarətçilər Şahnəzər Şahnəzərovun dulusçuluq işlərinə tamaşa edib, müxtəlif əyləncəli interaktivlər təşkil olunub. Bayramın maraqlı məqamlarından biri o idi ki, qonaqlar təkcə Azərbaycan milli geyimlərinə tamaşa etməyiblər, onlar həm də bu geyimlərdə xatirə şəkilləri çəkdiriblər. Ziyarətçilər Azərbaycanın milli təamlarının da dadına baxıblar.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2023-05-31 17:47:00