×
A
A
A
Sazlamalar

Özəl və dövlətə məxsus ixracatçı subyektlərin reytinqi açıqlanıb

Bakı, 31 may, AZƏRTAC
2023-cü ilin yanvar-aprel aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may sayına istinadla bildirir ki, 2023-cü ilin yanvar-aprel ayları üzrə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzərEnerji” ASC başçılıq edir.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunur: ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Şəki Şərab” MMC, “Azəripək” MMC.

İqtisadiyyat 2023-05-31 17:05:00