Yanan nahiyəyə dərhal diş məcunu vurmaq yanlış müdaxilə üsuludur
Bakı, 31 may, AZƏRTAC
Xəstəliklər, onların yaranması və ya tibbi yardımlarla bağlı müxtəlif fikirlər eşidirik, lakin bunlar bəzən həqiqəti əks etdirmir. Bu cür fikirlər insanları yanlış istiqamətə yönəldir.
AZƏRTAC Kliniki Tibbi Mərkəzin saytının “Doğru bildiyimiz yanlışlar” rubrikasına istinadla bildirir ki, vətəndaşların ilk tibbi yardım zamanı ən çox yanlış üsullardan istifadə etdiyi vəziyyətlərdən biri də yanıq zamanı özünü göstərir.
Yadda saxlamaq lazımdır ki, yanan nahiyəyə dərhal diş məcunu vurmaq yanlış müdaxilə üsuludur və yanığın daha da dərinləşməsinə səbəb ola bilər. Yanan hissəni su altına tutaraq 10-15 dəqiqə ərzində soyutmaq lazımdır. Bu, ağrının azalmasının və daha da dərinləşmənin qarşısını almağa kömək edir.
Yanığa ilk yardım zamanı effektiv üsullardan biri yumurtanın ağını həmin nahiyəyə sürtməkdir. Yanan hissəyə qatıq sürtmək də effektiv üsullardan sayılır. Bu cür hallar baş verərkən təcili tibbi yardıma müraciət edilməlidir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar