×
A
A
A
Sazlamalar

Bolqarıstanda “Azərbaycan: müxtəlifliyin əsl gözəlliyi” adlı fotosərgi açılıb

Bakı, 31 may, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Milli Mədəniyyət Sarayı parkında yerləşən şəhərin mərkəzi körpüsü üzərində Azərbaycanın Müstəqillik Gününə həsr edilən “Azərbaycan: müxtəlifliyin əsl gözəlliyi” adlı fotosərgi açılıb.
Bolqarıstandakı səfirliyimizdən AZƏRTAC-a verilən məlumata görə, sərginin açılışında Sofiya şəhər bələdiyyəsinin rəsmiləri, Bolqarıstanın ictimai birlikləri, dini icmaları və Azərbaycan diasporunun təmsilçiləri, habelə media nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi və Sofiya şəhər bələdiyyəsi tərəfindən birgə təşkil edilən fotosərgi Azərbaycanın füsunkar təbiətini, zəngin mədəniyyət və incəsənət nümunələrini, arxitektura incilərini, dini tolerantlıq və multikulturalizm ənənələrini əks etdirən fotolardan ibarətdir.
Şəhər sakinləri və qonaqlarının böyük marağına səbəb olan fotosərgi iki həftə davam edəcək.

Mədəniyyət 2023-05-31 16:53:00