×
A
A
A
Sazlamalar

İmtahan verən şagirdlərin valideynləri gözləntilərini övladlarının potensialına uyğun tutmalıdır

Bakı, 31 may, AZƏRTAC

İmtahan verən şagirdlərin valideynləri gözləntilərini övladlarının potensialına uyğun tutmalıdır. Əks halda bu uşaqların psixologiyasında çox böyük problemlər yarada bilər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib. Onun sözlərinə görə, bütün valideynlər uşaqlarının imtahan nəticələrinin maksimum olmağını istəyirlər. Lakin bu prosesdə onlar övladlarının bacarıqlarını nəzərə almalıdır.
Psixiatr bəzi uşaqlarda müşahidə olunan kəkələmə problemindən də danışıb: “Ümumiyyətlə, kəkələmə probleminin yaşla əlaqəsi yoxdur. Bu problem istənilən yaşda – hətta 50 yaşlı insanda da yarana bilər. Sonradan qazanılmış kəkələmə çox zaman qorxudan yaranır və müəyyən müalicələr ilə aradan qaldırıla bilər. Əsas məsələ səbəbin aydınlaşdırılmasıdır".
A.Cabbarovanın sözlərinə görə, uşaqların hər istədiyini almaq da doğru deyil. O, bu nüansın uşaqların gələcək həyatına mane olacağını vurğulayıb.

Səhiyyə 2023-05-31 16:47:00