×
A
A
A
Sazlamalar

Ümumi balı eyni olan abituriyentləri fərqləndirmək üçün hansı meyarlar əsas götürülür?

Bakı, 31 may, AZƏRTAC

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanının birinci mərhələsində (müvafiq ilin abituriyenləri üçün) topladığı ümumi bal əsasında aparılır.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumi balı eyni olan iki və ya daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd olunan ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
-Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, cografiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası,
-Riyaziyyat fənni üzrə imtahan balı,
-Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.
Ümumi balı eyni olan iki və ya daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

Elm və təhsil 2023-05-31 15:20:00