×
A
A
A
Sazlamalar

Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşlarla görüşəcək

Bakı, 31 may, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 8-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş Lənkəran şəhər Heydər Əliyev mərkəzində (Zərifə Əliyeva küçəsi, 2) saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq görüşə gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (025) 255 39 84, (050) 380 27 43, [email protected], dk-lenkeran@ scwra.gov.az) müraciət etmələri xahiş olunur.

 

Cəmiyyət 2023-05-31 15:04:00