×
A
A
A
Sazlamalar

“Maire Tecnimont” şirkəti ilə enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bakı, 31 may, AZƏRTAC

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Maire Tecnimont” şirkəti arasında enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi energetika nazirinin müavini Elnur Soltanov və şirkətin baş icraçı və baş əməliyyat direktoru Alessandro Bernini imzalayıb.
Memorandumun məqsədi tərəflər arasında enerji məsələləri, o cümlədən bərpaolunan enerji, “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı sahələr üzrə əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Sənəd, həmçinin aşağı karbon texnologiyaları, tullantılardan enerji istehsalı, “yaşıl hidrogen”, bioyanacaqlar, həmçinin metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasını əhatə edir.

 

 

 

İqtisadiyyat 2023-05-31 14:49:00