×
A
A
A
Sazlamalar

Bakıda avtomobildən 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb

Bakı, 31 may, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Kamran İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobilə baxış zamanı oradan 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Hadisə 2023-05-31 14:24:00