×
A
A
A
Sazlamalar

Heydər Əliyev mərkəzlərinə ekskursiyalar davam edir

Bakı, 31 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Heydər Əliyev Mərkəzlərinə "Heydər Əliyev İli" çərçivəsində ekskursiyalar davam edir.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Qaradağ rayon Heydər Əliyev Mərkəzinə 106, 319 nömrəli və Laçın orta məktəblərin şagirdləri üçün ekskursiya təşkil edilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzində isə Akademik Zərifə Əliyeva adına liseyin və 51, 286, 13 nömrəli tam orta məktəblərin şagirdləri, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri ekskursiyada olublar.
İlk olaraq məktəblilər Mərkəzin Muzey və Kitabxana-informasiya bölməsi ilə tanış olublar, onlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyətini əks etdirən eksponatlar, fotoşəkillər haqqında məlumat verilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzində şagirdlər Mərkəzin foyesində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti 100” adlı sərgi ilə də tanış olublar.

Mədəniyyət 2023-05-31 12:41:00