×
A
A
A
Sazlamalar

"YAŞAT" Fondu 8 yaşlı Aynura təşəkkürnamə təqdim edib VİDEO

Bakı, 31 may, AZƏRTAC

"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov Heydər Əliyev adına liseyin 2-ci sinif şagirdi Aynur Zeynallıya Fondun təşəkkürnaməsini təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təşəkkürnamə ona Fonda mütəmadi formada etdiyi ianələrlə əlaqədar verilib.
Məqsəd şagirdlərimizin Vətən sevgisinin və davranışının nümunəvi formada təbliğidir .
8 yaşlı Aynur dövlət tərəfindən aldığı müavinətdən hər ay Fonda ianə edir.
Eyni zamanda ona 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində müxtəlif hədiyyələr təqdim olunub.

 

 

 

Sosial 2023-05-31 12:25:00

Video