×
A
A
A
Sazlamalar

Lüdviqshafenli qonaqlar Sumqayıtda

Sumqayıt, 31 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhərləri arasında əlaqələrin əsası 1977-ci ildə qoyulub. 1987-ci ildə isə tərəfdaşlıq əlaqələrinin qurulmasına dair saziş imzalanıb. Artıq 46 ildir iki şəhəri sıx dostluq, tərəfdaşlıq telləri bağlayır.
AZƏRTAC xəbər verir ki, Lüdviqshafendən gələn nümayəndə heyəti Sumqayıtda bir sıra görüşlər keçirəcək.
Lüdviqshafen şəhərinin oberburqomistri xanım Yutta Ştaynruk rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər güllər düzüb.
Sonra qonaqlar şəhərin Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ulu Öndərin siyasi fəaliyyətini əks etdirən zəngin ekspozisiyaya baxıblar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Mərkəzin konfrans zalında qonaqlarla görüşüb, şəhərin tarixi və inkişafı haqqında geniş məlumat verib.
Almaniyalı qonaqlar üç gün ərzində Sumqayıtı gəzəcək, bir sıra görüşlər keçirəcək, şəhərin sənaye müəssislərində olacaqlar.
Bu axşam Sumqayıt Muğam Mərkəzində şəhər ictimaiyyətinin iştirakı ilə tədbirin keçirilməsi də planlaşdırılır.

Regionlar 2023-05-31 12:22:00