Saqqız çeynəməyin yaratdığı problemlər
Bakı, 31 may, AZƏRTAC
Əvvəllər saqqız tropik bitki olan manika zapotadan hazırlanırdı, onun dartılan formaya malik olması üçün parafin mumundan istifadə edilirdi. Daha sonra isə saqqızı sintetik kauçukdan istehsal etməyə başladılar. Həmin maddəyə ətir və rəng əlavə etmək daha rahatdır.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Zakir Quliyev deyib: “Saqqızın tərkibi bir çox maddələrdən ibarətdir. Onun mayası lateks, sorbit, dadlandırıcılar, yumşaldıcılar və həmin qrup maddələrdən ibarətdir. Bunların hamısı kimyəvi maddələrdir və onlar bədəndə bir sıra problemlər yaranmasına səbəb ola bilər, çünki hansı materialdan hazırlandığı bilinmir. Bəzən onun çeynənilməsi mədə-bağırsaqda müəyyən problemlərə aparıb çıxarır”.
Mütəxəssislər bildirirlər ki, saqqızın bədəndən xaric olması həzm sisteminin vəziyyətindən asılıdır: “Saqqız mədə və bağırsaq seqmentləri tərəfindən parçalanmır, bu isə o demək deyil ki, mədədə ilişib qalır. Bəzən saqqızla əlaqədar bağırsaq keçməməzliyi yaranır. Bir yox, bir neçə ədəd saqqızın çeynənib udulması nəticəsində bağırsaq keçməməzliyi əlaməti yaranır. Lakin bu, heç də saqqızın mədədə ilişib qalması deyil”,-deyə həkim-terapevt əlavə edib.
Saqqızı çeynəyəndən sonra atmaq daha yaxşıdır. Onu udmaq orqanizmdə gözlənilməz problemlər yarada - nəfəs borusuna düşə, ağciyər və bağırsaq xəstəliyi riski ilə üz-üzə qoya bilər.
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
Səudiyyəli həkimlər beyinə çip yerləşdirilməsi üzrə robotlaşdırılmış əməliyyat həyata keçiriblər
Qodji ən qiymətli dərman bitkilərindən biridir