×
A
A
A
Sazlamalar

Abşeronda fəhlənin iş yerində ölməsi faktı ilə bağlı araşdırma aparılır

Bakı, 31 may, AZƏRTAC

Mayın 30-u saat 11 radələrində Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Cəmiyyət 2023-05-31 11:58:00