×
A
A
A
Sazlamalar

Gəncə sakininin içərisində pul, bank kartları, sənədləri olan cüzdanı oğurlanıb

Bakı, 31 may, AZƏRTAC

Mayın 24-də Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini olan bir nəfərin içərisində 1028 manatı, bank kartları, sənəd və əşyaları olan cüzdanı oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsif Azayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2023-05-31 11:35:00