×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib

Bakı, 31 may, AZƏRTAC

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi rayonu ərazisində bir qadının içərisində bank, gediş kartları və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Ramazanov saxlanılıb, daha iki nəfəri isə müəyyən olunub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə 2023-05-31 10:38:00