×
A
A
A
Sazlamalar

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Bakı, 31 may, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda Gəncə, Şəmkir, Naftalan, Goranboy, Yevlax şəhər və rayon komissiyaları ilə birgə təşkilatçılığı əsasında qeyd olunan rayonlarda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyaları tərəfindən ümumilikdə 136 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Məhvetmə prosesləri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.

Cəmiyyət 2023-05-31 10:34:00