×
A
A
A
Sazlamalar

2018-2023-cü illərdə DOST mərkəzlərində 1 milyon 561 min vətəndaşa xidmət göstərilib

Bakı, 31 may, AZƏRTAC

DOST konsepsiyası son illərin uğurlu sosial islahat nümunələrindən biri olmaqla ölkəmizin yeni brendi kimi tanınır.
Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri və Abşeron rayonunda olmaqla 6 DOST mərkəzi, habelə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi açılıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST mərkəzlərində ötən dövrdə 1 milyon 561 min vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faizdir.
Könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına isə 88,9 min müraciət olub və proqrama 3,4 min nəfər cəlb edilib.
DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir və DOST Agentliyi 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

 

Sosial 2023-05-31 10:27:00