Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb
Bakı, 31 may, AZƏRTAC
Neftçala rayon sakininin həyətindən 1090 ədəd çətənə kolu, evindən isə 8 kiloqrama yaxın marixuana aşkarlanıb. Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Əlisaleh Kərimov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, eləcə də böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və hündürlüyü 10-150 santimetr arası olan 1090 ədəd çətənə kolu, evindən isə çəkisi 8 kiloqrama yaxın olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO