Vebinar: Qeyri-neft və qeyri-dövlət sektorunun Mərkəzi Bankın notlarına investisiya imkanları
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Bakı Fond Birjasının (BFB) təşkilatçılığı ilə ilk dəfə “Qeyri-neft və qeyri-dövlət sektorunun Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarına investisiya imkanları” mövzusunda investorlar üçün ödənişsiz onlayn vebinar keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi investorlara cari hesablarında olan sərbəst vəsaitlərinin Mərkəzi Bankın notlarına investisiya edərək gəlirin əldə olunması ilə bağlı idi. Vebinar zamanı iştirakçı qismində çıxış edən çoxsaylı potensial investorlara Bakı Fond Birjası tərəfindən Mərkəzi Bankın notlarının buraxılış qaydaları və üstünlükləri haqqında ətraflı məlumat verilib. Həmin qiymətli kağızlar qısa müddət ərzində yüksək gəlirlilik qazanmaq imkanı yaradır. Belə ki, digər ənənəvi investisiya imkanları ilə müqayisədə Mərkəzi Bankın notları daha likvid, effektiv və risksiz investisiya alətidir. Mərkəzi Bankın notlarını ilkin bazarda əldə etdikdən sonra investor, həmçinin təkrar bazar və repo əməliyyatları vasitəsilə həmin qiymətli kağızların likvidliyini təmin edə bilər. Bundan əlavə, hüquqi şəxslər banklarla repo əqdi bağlamaqla mülkiyyətində olan notlardan istifadə edərək müvəqqəti likvidlik ehtiyaclarını təmin edə bilirlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən investor bazası genişləndirilərək banklarla yanaşı, qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə ediblər.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb