Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
Bakı, 30 may, AZƏRTAC
Sahibkarlığın İnkişafı Fondu sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında "Sənayenin inkişafına dəstək" adlı müsabiqə keçirir.
Fonddan AZƏRTAC-a bildirilib ki, qaliblər müsabiqə şərtləri daxilində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş və sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların layihələrinin sayı əsas götürülməklə müəyyənləşdiriləcək. Müsabiqəyə ən çox layihə təqdim etmiş ilk 3 iştirakçı mükafatlandırılacaq.
Müsabiqə aşağıdakı şərtlər əsasında keçirilir:
- Kreditlər yalnız sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya layihələrinə verilməlidir;
- Müsabiqədə fond tərəfindən cari ilin martın 1-dən və iyulun 1-dək kredit ayrılmış mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsus layihələrin sayı əsas götürülür.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 9 nəqliyyat vasitəsi satılıb
Azərbaycanda iki peyk istehsal olunacaq, 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq
Bu il kosmosa uçacaq Türkiyə astronavtı: Azərbaycan bu sahədə potensiallı ölkədir - MÜSAHİBƏ
İstehlakçılar və sahibkarlıq subyektləri sabit telefon xidmətinə qoşulmaq üçün nə etməlidir?