Volodimir Zelenski və Olaf Şolts arasında telefon danışığı olub
Kiyev, 30 may, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniya kansleri Olaf Şolts ilə telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenskinin tviter səhifəsində məlumat verilib.
"Kansler Şoltsla əsaslı telefon söhbətim oldu. Mən ona 3 milyard avro dəyərində güclü müdafiə paketinə görə təşəkkür etdim", - deyə Zelenski bildirib.
İki ölkənin liderləri Zelenskinin Almaniyaya son səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini və Ukraynanın müdafiə qabiliyyətinin, xüsusən hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsini müzakirə ediblər.
"Biz qarşıdan gələn beynəlxalq tədbirlər ərəfəsində mövqelərimizi razılaşdırdıq", - deyə Ukrayna Prezidenti əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya 2,7 milyard avrodan çox ən böyük hərbi yardım paketinin ayrıldığını təsdiqləyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Braziliyada daşqınlar və torpaq sürüşmələri nəticəsində yeddi nəfər ölüb
Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
İsveç hökuməti su ekosistemlərinin mühafizəsi proqramına ayrılan maliyyə vəsaitini azaldıb
İndoneziyada 6 bal gücündə zəlzələ olub
İnsanların əhvali-ruhiyyəsinin günlük və həftəlik dəyişkənliyi araşdırılıb - TƏDQİQAT