×
A
A
A
Sazlamalar

Mədəniyyət naziri Adil Kərimli Gəncədə vətəndaşları qəbul edəcək

Bakı, 30 may, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyunun 9-da saat 10:00-da Gəncə şəhəri Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535) əsasən Gəncə, Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar iyunun 5-dək nazirliyin [email protected]  elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Mədəniyyət 2023-05-30 18:49:00