Şimal bölgəsinin 17 məktəbində beynəlxalq qiymətləndirmə imtahanları keçirilir
Quba, 30 may, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən seçilmiş 17 məktəbdə mayın 26-dan TIMSS (Trends in International Mathematics and Science Study) və ICILS (International Computer and Information Literacy Study) beynəlxalq qiymətləndirmə imtahanları keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə imtahanlarına IV və VIII sinif şagirdləri cəlb olunur. İmtahan prosesi iyunun 10-dək davam edəcək.
TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatı 4 ildən bir IV və VIII sinif şagirdləri arasında, ICILS beynəlxalq qiymətləndirmə tədqiqatı isə 5 ildən bir yalnız VIII sinif şagirdləri arasında keçirilir.
Tədqiqatların əsas məqsədi şagirdlərin nəticələri əsasında təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaq, eləcə də beynəlxalq müqayisələr aparmaqdır.
Lənkəranda mal-qara oğurluğu edən şəxslər saxlanılıb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Zaqatalada vətəndaşlarla görüşəcək
MDU və ADU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib
Balakəndə Ulu Öndərə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Ağalı ilə tanış olublar