×
A
A
A
Sazlamalar

Növbəti konsert proqramı - Tarixin özü

Bakı, 30 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şağan qəsəbə Mədəniyyət Mərkəzi və Nizami adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş “Tarixin özü” adlı konsert təqdim edilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konsertdə Mədəniyyət Mərkəzlərinin özfəaliyyət dərnəyinin üzvləri, solistləri, 17 nömrəli uşaq musiqi məktəbinin nağara ansamblı, “Kiçik Qala” rəqs qrupu, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Bülbülcan adına Şuşa musiqi məktəbinin xanəndəlik sinfinin müəllimləri, “Möcüzə” və “Özəl” rəqs qruplarının üzvləri bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.


 

 

Mədəniyyət 2023-05-30 17:09:00