×
A
A
A
Sazlamalar

Ölkədə iqtisadi inkişafın daha sürətli olması üçün KOB-ların rolu böyükdür - Açıqlama

Bakı, 30 may, AZƏRTAC

Ölkədə iqtisadi inkişafın daha sürətli və dayanıqlı olması üçün KOB-ların (kiçik və orta biznesin) rolu çox vacibdir. Buna görə də Azərbaycan hökuməti bu prioritet istiqaməti nəzərə alaraq, 2018-ci ilin dekabrında Kiçik və Orta Biznesin İnkişafı Agentliyini yaratdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Ekspert bildirib ki, agentliyin fəaliyyətə başlamasından sonra ölkədə KOB –ların fəaliyyəti daha da genişlənib: “Agentlik ölkədə ayrı-ayrı dövlət qurumları ilə birgə layihələr həyata keçirməklə KOB-ların inkişafına öz töhfəsini verir. Məsələn, regionlardan olan KOB-ların bazarlara çıxışının təmin edilməsi üçün Prezident İlham Əliyev tərəfindən Fərman imzalanıb. Bu Fərmanın icrasından irəli gələn tələblər məhz kiçik və orta biznesin inkişafıdır. Digəri isə dövlət tərəfindən ölkədə biznes mühitinin formalaşdırılması istiqamətində ciddi addımlar atılır”.
Xarici investisiyanın ölkəyə cəlb edilməsi üçün biznes mühitinin yaxşılaşdırılamsına böyük ehtiyac olduğunu deyən E.Əmirov nəzərə çatdırıb ki, buna uyğun olaraq, qanunvericilik bazasının təkmilləşdirilməsi həyata keçirilir.
Ekspert, həmçinin vurğulayıb ki, dövlət tərəfindən ölkədə biznes mühitinin formalaşdırılması üçün məqsədyönlü tədbirlər görülür. Bütün bu tədbirlər və həyata keçirilən layihələr, eyni zamanda, azad iqtisadi zonalarda yaradılan sahibkarlığın inkişafına böyük töhfə verəcək.

İqtisadiyyat 2023-05-30 15:48:00