×
A
A
A
Sazlamalar

Dövlət Xidmətinə Çağrı Mərkəzi vasitəsilə 3459 müraciət daxil olub

Bakı, 30 may, AZƏRTAC

Cari ilin yanvar-aprel ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi vasitəsilə 3459 müraciət daxil olub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlərdən 3407-si cavablandırılıb.
İqtisadiyyat Nazirliyi və qurumlarına "195-1" qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

İqtisadiyyat 2023-05-30 15:42:00