×
A
A
A
Sazlamalar

Sənaye Korporasiyası Misir ilə yeni perspektivlərin araşdırılması istiqamətində müzakirələr aparıb

Bakı, 30 may, AZƏRTAC

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadənin rəhbərliyi ilə Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Məhəmməd Naci Əbdülhəmid arasında görüş keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, səfir ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın inkişafının yüksəldilməsi istiqamətində davamlı addımlar atıldığını deyib.
Görüş zamanı Azərbaycan və Misir arasında mövcud qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, yeni perspektivlərin araşdırılması sahəsində müzakirələr aparılıb, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin portfoliosuna daxil olan müəssisələr üzrə strateji layihələrin birgə icrası əsas diqqət çəkən məsələlərdən olub. Bildirilib ki, alüminium sənayesi, o cümlədən anod blokları istehsalı üzrə Misirin çoxillik və geniş təcrübəsi birgə əməkdaşlıq üçün ciddi əhəmiyyət daşımaqdadır.
Sonda görüşün nəticəsi olaraq anod bloklarının istehsalı layihəsinin birgə daha ətraflı şəkildə araşdırılması və gələcək perspektivlərin öyrənilməsinə dair razılıq əldə olunub.

İqtisadiyyat 2023-05-30 15:30:00