×
A
A
A
Sazlamalar

ATU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında birgə əməkdaşlıq əlaqələri müzakirə olunub

Gəncə, 30 may, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universiteti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə yeni əlaqələrə başlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla bağlı Azərbaycan Texnologiya Universitetində üçtərəfli görüş keçirilib. Görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova, İsrail-Azərbaycan Tələbə-Məzun Şəbəkəsinin sədri Günel Cənnətova və nümayəndəsi Murad Musa iştirak ediblər.
Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yaşar Ömərov universitetin fəaliyyət istiqamətlərindən, perspektivlərindən bəhs edib.
Birgə əməkdaşlığın qurulması və gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr, real perspektivlər çərçivəsində görülə biləcək işlər müzakirə olunub.
Sonda isə yaxın zamanlarda imzalanacaq memorandumun bəndləri haqqında danışılıb. Qısa zamanda birgə fəaliyyət planının və əməkdaşlıq müqaviləsinin imzalanması razılaşdırılıb.
Azərbaycan Texnologiya Universitetində birgə mərkəz və laboratoriyaların qurulması haqqında ilkin razılığa gəlinib.

Regionlar 2023-05-30 14:59:00