×
A
A
A
Sazlamalar

II Xırdalan Kitab Sərgisi açılacaq

Xırdalan, 30 may, AZƏRTAC

Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev adına parkda II Xırdalan Kitab Sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iyunun 2-dən 4-dək davam edəcək sərgi Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşacaq.
Açılışda və növbəti günlərdə şagirdlərin iştirakı ilə maraqlı təqdimatlar, konsert proqramları, yazıçılarla görüş və imza saatları olacaq.

 

 

Regionlar 2023-05-30 14:35:00