Azərbaycan beynəlxalq rəqəmsal teatr festivalında təmsil olunacaq
Bakı, 30 may, AZƏRTAC
İyunun 1-də “ONLiFE iDEA Fest” beynəlxalq rəqəmsal festivalında F.M.Dostoyevskinin eyniadlı povestinin motivləri əsasında hazırlanan “Utancaq qız” tamaşası nümayiş etdiriləcək. Tamaşanı Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan, Rusiya, eləcə də Kiprdən olan aktyorların iştirakı ilə ümumilikdə 7 tamaşa göstəriləcək. Formatın xüsusiyyətlərindən biri odur ki, dəvət olunmuş teatr tənqidçiləri ilə tamaşa başa çatandan sonra müzakirələr aparılır. Tamaşaçılar rejissora sual vermək, həm də xüsusi yaradılan çatda tamaşa barədə təəssüratlarını bölüşmək imkanına malikdirlər.
Təşkilatçıların sözlərinə görə, “Utancaq qız” tamaşası çox çətin vəziyyətdə öz həyatını, keçmişini, ruhunu yenidən cəmləşdirməyə cəhd edən insanın açıq etirafıdır. Baş qəhrəmanın monoloqunda bizim üçün açılan ağrı-acı və tənhalıq mənzərəsindən yalnız bir çıxış yolu var: sevgi...
Yeni tamaşanın yayımını və ötən nümayişləri bu saytdan izləmək olar: https://onlifeideafest.com/
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir