×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 45 halda yanğına çıxış olub

Bakı, 30 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 45 halda yanğına çıxış, iki halda köməksiz vəziyyətdə qalma və iki nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı biri azyaşlı olmaqla dörd nəfər, o cümlədən Suraxanı rayonunda baş verən avtoqəza zamanı deformasiyaya uğrayan nəqliyyat vasitəsində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfər xilas olunub. Tovuz şəhərində “ВАЗ” markalı minik avtomobilində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Həmçinin Xəzər rayonunda baş vermiş nəqliyyat qəzası zamanı deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qalan bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Cəmiyyət 2023-05-30 11:04:00