×
A
A
A
Sazlamalar

Goranboy sakinində avtomat və narkotik aşkarlanıb

Bakı, 30 may, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ramin Muradov saxlanılıb.
DİN-in mətbuat xidmətimdən AZƏRTAC-a bildirilib ki, üzərindən 465 qram marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Dəliməmmədli şəhərində odlu silah da gizlətməsi məlum olub. Şəhər ərazisində olan körpülərdən birinin alt hissəsinə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 30 ədəd 5.45 mm-lik patron aşkar edilərək götürülüb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Cəmiyyət 2023-05-30 08:46:00