×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Bakı, 29 may, AZƏRTAC

Mayın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 964 min 879, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 399, ikinci mərhələ üzrə 4 milyon 883 min 738, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 521, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 221-dir.

Səhiyyə 2023-05-29 19:53:00