“Qarabağ” klubuna çempionluq kuboku təqdim olunub
Bakı, 29 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Azersun Arena”da keçirilmiş sonuncu – XXXVI turun “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra mövsümün qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.
Əvvəlcə Azərbaycan çempionatına sponsorluq etdiyinə görə “Misli” ASC-nin baş direktoru Osman Karakuşa Peşəkar Futbol Liqası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Həmçinin 22 qolla Premyer Liqanın 2022-2023-cü il mövsümünün ən məhsuldar oyunçusu olan “Qarabağ” klubunun üzvü Ramil Şeydayev xüsusi mükafata layiq görülüb.
Mövsümü mükafatçılar sırasında başa vurmuş “Neftçi”, “Sabah” və “Qarabağ” komandaları müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla mükafatlandırılıblar.
Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və assosiasiyanın baş katibi Sərxan Hacıyev iştirak ediblər.
Mərasimin sonunda “Qarabağ” komandasına çempionluq kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub.
“Sabah” klubunun futbolçusuna 4 oyunluq cəza verilib
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti beynəlxalq mükafat alıb
Bakıdakı Avropa çempionatının ilk günündə Azərbaycanın 17 güləşçisi fəxri kürsüyə qalxıb
AFFA rəsmiləri FIFA-nın tədbirində iştirak edirlər
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar