×
A
A
A
Sazlamalar

“Benfika” klubu 38-ci dəfə Portuqaliya çempionu olub

Bakı, 29 may, AZƏRTAC

Futbol üzrə Portuqaliya çempionatında 2022-2023-cü il mövsümünün çempionunun adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, "Benfika" mövsümün son turunda “Santa Klara"nı qəbul edib və 3:0 hesablı qələbə qazanıb.
Ümumilikdə, "Benfika" mövsüm ərzində 28 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətlə 87 xal toplayıb. Bununla da onlar "Portu"nu 2 xal qabaqlayaraq çempion adını qazanıblar.
Komanda son dəfə 4 il əvvəl öklə çempionu olmuşdu. Ümumilikdə isə bu, "Benfika"nın tarixində 38-ci çempionluqdur.

İdman 2023-05-29 04:14:00