Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə qalibləri müəyyənləşib
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, 100-dən çox 12 yaşadək iştirakçılar arasında qılıncoynatmanın sablya və şpaqa növləri üzrə qalibləri müəyyənləşib.
Qılıncoynatmanın sablya növü üzrə oğlanlar arasında Amin Rəsulzadə, qızlar arasında Ruqiyyə Abdullazadə, şpaqa növü üzrə isə oğlanlarda Bəhram Əliyev, qızlarda Nərgiz Əlizadə birinci yerə layiq görülüblər.
Azərbaycan Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın mükafatçıları diplom və medallarla təltif olunublar.
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
Avstriya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti bəlli olub
Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə, “Real Madrid” “Napoli”yə qarşı
Türkiyənin gənclər və idman nazirinin müavini Fərid Qayıbovla görüşüb
Federasiya prezidenti Ağır Atletika Mərkəzində yaradılan şəraitlə tanış olub